
Bu il Avstriya gözəli seçilən Tereza İzabella Soprano ikinci uşağını maşında dünyaya gətirib.
Qaynar.info xəbər verir ki, Vyanada baş verən hadisədə doğuş ərinin Terezanı xəstəxanaya aparan vaxt yolda baş tutub.
Avstriya mətbuatı ərinin soyuqqanlıqla həyat yoldaşına bir mama-ginekoloq kimi kömək etdiyini yazıb.
Hazırda ana və körpənin vəziyyəti yaxşıdır.
Qaynar.info