Haaqa Beynəlxalq Məhkəməsində Ukraynanın Rusiyaya qarşı iddiası üzrə dinləmələr başlayır.
Qaynarinfo
xəbər verir ki, ilk iclas bu gün, sentyabrın 18-də baş tutacaq və Rusiya Federasiyası tərəfindən qaldırılan ilkin etirazlara həsr olunacaq.
Sentyabrın 19-da Ukrayna tərəfinə söz veriləcək, sentyabrın 20-də isə məhkəmə tərəfindən prosesdə iştiraka icazə verilmiş digər ölkələrin nümayəndələri dinləniləcək. Avstraliya, Avstriya, Belçika, Bolqarıstan, Almaniya, Danimarka, İrlandiya, Kanada, Lüksemburq, Hollandiya, Slovakiya, Finlandiya, Xorvatiya, Çexiya, İsveç, Estoniya çıxış üçün ərizə təqdim edib.
Məhkəmə iclasları sentyabrın 27-dək davam edəcək.
Xatırladaq ki, iddia 2022-ci ilin fevralında Ukraynada hərbi əməliyyatla bağlı Soyqırım Konvensiyasının pozulması ilə bağlı qaldırılıb. Oktyabr ayında Moskva məhkəmənin yurisdiksiyasına və iddianın məqbul olmasına dair ilkin etirazları qaldırıb, nəticədə məhkəmə prosesi mahiyyəti üzrə dayandırılıb. Bu ilin iyulunda Haaqada Ukraynada Cinayətlərin Araşdırılması üzrə Beynəlxalq Mərkəz açılıb. Kreml beynəlxalq tribunalı qeyri-legitim hesab edir.
Alpər
Şərhlər