Xəbər lenti

Hacı Şahin “halal” fahişəxanasının məqsədini açıqladı
Ölkə16:08 27.05.2014

Hacı Şahin “halal” fahişəxanasının məqsədini açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Hollandiyadakı əxlaqsızlıq yuvasını islam dininin adına bağlamaq müqəddəs dəyərləri ucuzlaşdımaq üçün atılmış addımlardan biridir” 

Bunu Aktual.az-a “Məşədi Dadaş” məscidinin imamı Hacı Şahin Həsənli deyib.

“Məşədi Dadaş” məscidinin imamı Hollandiyanın paytaxtı Amsterdamda açılacaq barın “halal” fahişəxana adı ilə fəaliyyət göstərməsində başlıca məqsədin islam dinini ləkələmək olduğunu bildirib:

“Avropanın özündə islam çox aktual dinə çevrilib və insanlar islama böyük maraq göstərirlər. Bəzi dairələr bundan narahatlıq duyurlar və buna görə də, islama qarşı bu cür qabaqlayıcı adddımlar atırlar.

Məsələn, bir sıra Avropa ölkələrində minarələrin sökülməsinə dair referendum keçirildi. Və yaxud dini atributlara qarşı aqressiv münasibət bəslənilir. Bu da Avropa dəyərlərinə aid olan multikultiralizmə ziddir. Onlar, həmçinin, dini məsxərəyə qoyub, peyğəmbərə hörmətsizlik etməklə, dini dəyərləri gülüş hədəfinə çevirməklə islama qarşı olduqlarını nümayiş etdirirlər", - deyə Hacı Şahin Həsənli fikrini tamamladı.

Qaynar.info