
Müsavat martın 31-də Hacıbala Abutalıbovu məhkəməyə verəcək
Müsavat Partiyası qurultayını keçirmək üçün yer ayrılması barədə fevralın 11-də Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Meriya fevralın 14-də bu müraciəti qəbul edib və cavab hazır olduqda açıqlayacağını bildirib. Müsavat rəsmiləri isə iki aya yaxın müddətdə müraciətə cavab verilmədiyinə görə meriyanı məhkəməyə verəcəyini bildirib.
Müsavat Partiyası sədrinin müavini Gülağa Aslanlı Hafta.az-a açıqlamasında bildirib ki, artıq bu proses başlayıb: “Bakı meriyasını məhkəməyə vermək iddiamız artıq işlək prosesə çevrilib. Sənədlər hazırlanır. Böyük ehtimalla, həftənin birinci günü sənədləri məhkəməyə təqdim edəcəyik”.
Qaynar.info