Xəbər lenti

Hacıbala Abutalıbovun müavininin ölümü barədə yeni xəbər
Ölkə07:25 21.07.2017

Hacıbala Abutalıbovun müavininin ölümü barədə yeni xəbər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünən Qusar rayonunda Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahovun qəfil ölümü ilə bağlı bəzi məqamlar aydınlaşıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, 80 yaşlı Rauf Pənahov ailə üzvləri ilə birgə Şahdağ istirahət mərkəzində olarkən halı qəfil pisləşib. Belə ki, o, oteldə olarkən özünü pis hiss edib.

Bu zaman Rauf Pənahovun yanında ixtisasca həkim olan qızı olub və o, atasına kömək etməyə çalışıb. Daha sonra otelin tibbi personalı ilkin yardım göstərib və Rauf Pənahov xəstəxanaya aparılıb. Lakin artıq gec olub.

Qaynarinfo.Az