Xəbər lenti

Hadisə bir ayda 3,7 milyon qazandı
Maqazin16:48 31.07.2016

Hadisə bir ayda 3,7 milyon qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyəli müğənni Hadisə 3 milyon lirəyə (təxminən 1,58 milyon manat) Bodrumda aldığı "La Plaj"dan sərvət qazanıb.
Qaynarinfo.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı 1 ay ərzində məkanda təşkil etdiyi konsertlərdən 3 milyon lirə (təxminən 1,58 milyon manat) gəlir əldə edib.
Hadisə çimərliyində Gülşən, İrem Derici, Kerimcan Durmaz, Ayşe Hatun Önal və özü üçün konsertlər təşkil edib.
Bununla kifayətlənməyən Hadisə iyulda 10 konsert verərərk rekorda imza atıb. Hər konsertindən isə ifaçı 70 min lirə (təxminən 36 min manat) alıb. Sənətçinin ümumi konsert gəliri 700 min lirə (təxminən 360 min manat) edib.
Beləcə, hadisə 1 ayda 3 milyon 700 min lirə gəlir əldə edib.
Qaynarinfo.Az