Xəbər lenti

Hafiz Məmmədov hamını sevindirdi - FOTOLAR
İdman06:30 12.08.2014

Hafiz Məmmədov hamını sevindirdi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bəzi adamlar da bilsin ki..."

Son vaxtlar maliyyə böhranı yaşadığı deyilən Hafiz Məmmədovun sahibi olduğu "Bakı" futbol klubunun da taleyi qaranlıq idi. Artıq dağılmaq üzrə olan komandanı yenə son anda Hafiz Məmmədov özü xilas edib.

"Bakı"nın prezidenti Hafiz Məmmədov ötən gün gecə saat 3-ə qədər inzibati heyət və futbolçularla görüş keçirərək, onlara bu müddət ərzində sadiqlik və dözüm nümayiş etdirdiklərinə görə təşəkkür edib.

Bu barədə fanat.az-a klubun vitse-prezidenti Yaşar Seyidov bildirib.

"Bu həftədən başlayaraq, futbolçulara olan borclar ayın sonunadək hissə-hissə ödəniləcək. Komandamızın özülünü Akademiyamızın uşaqları təşkil edəcək. Onlar son 3 ildə öz yaş qruplarında Azərbaycan çempionu titulunu qazanmış futbolçulardı. Özü də heç biri "Bakı"nı tərk etmiş Şəhriyar Əliyev, Vadim Abdullayev, Vüqar Mustafayev və Namiq Ələsgərovdan zəif deyillər. Sadəcə, həmin kvartet ötən mövsüm Premyer Liqa təcrübəsi qazanıblar. Tədricən bu uşaqlar da təcrübə qazanıb, sözlərini deyəcəklər" - Seyidov deyib.

Hafiz Məmmədov həmçinin komandaya yeni baş məşqçi təyion etdiyini də açıqlayıb. Bu, əvvəllər komandanın aşağı yaş qruplarına rəhbərlik edən türk mütəxəssis İbrahim Uzuncadır.

Toplantıdan sonra isə Hafiz Məmmədov “Stadium.az” saytına özəl açıqlama verib: “Bakı”sız çempionat olar? “Bakı” çempionatın bəzəyidir. Hər şey qaydasındadır, bütün problemlər həll olunub. Bunlar məndən asılı olan səbəblərə görə yaranmamışdı, amma hamısı həll olunub. Komanda Premyer Liqada qalacaq və çıxışına davam edəcək. Artıq bütün problemlər geridə qalıb. Bəzi adamlar da bilsin ki, “Bakı”nın pulu var. Mən özüm ona-buna sponsorluq edirəm, amma kimlərsə “Bakı”ya sponsor axtarır. Bu, gülməli vəziyyətdir”.

Qeyd edək ki, "Bakı" futbol klubu normal infrasturu, uşaq futbol məktəbi olan azsaylı komandalardan biri idi. Klubun dağılacağı və tarixə qovuşacağı ilə bağlı söz-söhbətlər çoxlarını narahat edirdi.

Qaynar.info