Xəbər lenti

Hafiz Məmmədov indi də İngiltərədən klub alır
İdman06:47 08.03.2014

Hafiz Məmmədov indi də İngiltərədən klub alır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransada “Lans” futbol klubunun səhmlərini alan, “Bakı” nın prezidenti Hafiz Məmmədov İngiltərədə də klub alacaq.

Qaynar.info xəbər verir ki, bu barədə “Stadium.az” saytına açıqlamasında  Hafiz Məmmədov özü məlumat verib: “Düzdür, bizə təkliflər var və düşünürük ki, Almaniya və İtaliyadan öncə İngiltərədə futbol klubu alaq. Bizə təkliflər çoxdur, amma diqqət mərkəzində saxladığımız 3 klub var. Bunlar da “Lids”, “Çarlton” və “Şeffild Vednesday” klublarıdır.

 Biz bunları nəzərdən keçirərkən klublardan hansının daha qədim tarixə xalik olmasını, azarkeşlərinin çox olmasını nəzərə alırıq. Bu baxımdan adını çəkdiyim 3 klubu fərqləndirmək olar. Variantları və imkanları dəyərləndirib bu üç komandadan birini almaq niyyətindəyik ”.

Qaynar.info