Xəbər lenti

Hafiz Paşayev “ADA” Universitetinin rektoru təyin edildi - SƏRƏNCAM
Ölkə15:15 08.07.2014

Hafiz Paşayev “ADA” Universitetinin rektoru təyin edildi - SƏRƏNCAM

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Prezidenti İlham Əliyev Hafiz Mir Cəlal oğlu Paşayevin "ADA" Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.
Qaynar.info-nun məlumatına görə, prezidentin digər sərəncamı ilə universitetin nizamnaməsi təsdiq olunub. 
Sərəncamda “ADA” Universitetinin fəaliyyət istiqamətlərinə uyğun olaraq informasiya texnologiyaları və mühəndislik üzrə tədrisin təşkili üçün bina tikilməsi, müasir təhsil infrastrukturunun və maddi-texniki bazanın təmin edilməsi, universitet nəzdində eksperimental tipli məktəbəqədər və ümumi təhsil müəssisələrinin təşkili üçün bina tikilməsi, müasir təhsil infrastrukturunun və maddi-texniki bazanın təmin edilməsi də öz əksini tapıb.
Qaynar.info