Xəbər lenti

Haiti prezidentini öldürənlər saxlanıldı
Dünya05:39 08.07.2021

Haiti prezidentini öldürənlər saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Haitinin milli polisi ölkə Prezidenti Jovenel Moizin iqamətgahına hücum edərək onu öldürməkdə şübhəli bilinən şəxsləri saxlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin dövlət katibi Franç Ekzantyuz Tvitter səhifəsində yazıb.
"Qatillərlə bağlı ətraflı məlumat veriləcək. Mövcud vəziyyət ölkənin hüquq-mühafizə orqanlarının tamamilə nəzarəti altındadır”, - dövlət katibi deyib.
Xatırladaq ki, Haiti Prezidenti Jovenel Moizin öldürülməsindən sonra ölkədə hərbi vəziyyət elan edilib.