Xəbər lenti

Hakan Şükür ABŞ-a qaçdı: onu 4 il həbs gözləyir
Dünya20:51 16.06.2016

Hakan Şükür ABŞ-a qaçdı: onu 4 il həbs gözləyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin əfsanəvi futbolçusu, keçmiş millət vəkili Hakan Şükürü bir ildən 4 ilə qədər həbs cəzası gözləyir.

Fanat.az xəbər verir ki, Hakan Şükür sosial şəbəkədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etməkdə təqsirli bilinir.

Bakırköy 28-ci Cəza Məhkəməsində keçirilən ilk iclasa Hakan Şükürün vəkili Əli Onur Güncel ilə Rəcəb Tayyib Ərdoğanın vəkili Murad İlvan qatılıb.

Keçmiş futbolçunun vəkili müvəkkilinin Amerikaya köçdüyünü bildirib.

Qaynarinfo.az