Xəbər lenti

Hakerlər Amerika universitetindən 1,1 milyon dollar fidyə aldı
Dünya07:26 30.06.2020

Hakerlər Amerika universitetindən 1,1 milyon dollar fidyə aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Koronavirusla mübarizə məsələrinsə önəmli araşdırmalara imza atan Kaliforniya Universiteti onlara hədə-qorxu gələn hakerlərə 1,14 milyon dollar fidyə ödəmək məcburiyyətində qalıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, "Netwalker" adlı haker qrupu iyunun 1-də universitetə hücum edib və məlumatları şifrələyərək, geri almaları üçün pul ödəməli olduqlarını bildirib. Universitetin DATA işçiləri hakerlərin daha çox kompüterə daxil olmalarının qarşısını almaq üçün onları enerji mənbəyindən ayırıblar.
BBC News anonim bir mənbədən aldığı qaynaq sayəsində dark web üzərindən alış-veriş prosesini izləyib. Məlum olub ki, kibercinayətkarlar dünyanın hər yerində bu yolla pul toplayır və alış-verişləri də qaranlıq şəbəkə üzərindən aparırlar.
Digər bir tərəfdən FTB, Avropol və Birləşmiş Krallıq Milli Kibertəhlükəsizlik Mərkəzi hakerlərə bu şəkildə pul verilməsini töviyə etmir.
"Netwalker" qrupunun son 2 ayda ən az 2 universitetə hücum etdiyi düşünülür.
Camal