
İsrailin Fələstin siyasətini pisləyən məşhur haker qrupu "Anonymus" dövlət və nazirliklərə aid internet saytlarını dağıdıblar.
Qaynar.info-nun məlumatına görə, haker qrupu aprelin 7-də hücum edəcəyini açıqlamışdı. Müdafiə, milli təhsil, və bir sıra nazirlikıərin saytları hücuma məruz qalsa da, rəsmilər ciddi bir ziyan olmadığını bildiriblər.
"Hücum üçün 7 aprel tarixini, yəhudi soyqırımının anım gününü seçdilər. Gördüyünüz kimi sadəcə kiçik və orta həcmli saytlara hücum edə biliblər. Dövlətə aid önəmli saytların dağıdıldığını görmədik" deyə İsrail tərəfindən yayılan açıqlamada bildirilib.
İsrail Statistika Bürosu hakerlərin hücumunun dəf edildiyini açıqlayıb.
Qaynar.info