ABŞ və Almaniyanın ortaq koronavirus peyvəndi ilə əlaqəli texniki sənədlər təcavüzkarlar tərəfindən ələ keçirilib.
Qaynarinfo xəbər verir ki, hadisə haqda Avropa Tibb Agentliyi (EMA) məlumat yayıb.
EMA sənədlərin itirilməsinin serverlərinə edilən kiber hücum səbəbindən meydana gəldiyini qeyd edib.
Heç bir hacker qrupuna qarşı şübhə irəli sürülməyib.
Pfizer və BioNTech tərəfindən hazırlanan peyvənd 90%-dən çox təsirli olur. Britaniyada artıq bu dərmanla kütləvi peyvəndləmə aparılır.
Daha əvvəl Pfizer/BioNTech antikoid peyvəndi sınaqdan keçirilərkən, ikisi peyvənd olunmuş altı nəfərin öldüyü bildirilmişdi.
Alpər