Xəbər lenti

Hakerlərin Belarusda dörd ölkə diplomatlarına qarşı casusluğu üzə çıxdı - "Reuters"
Dünya13:41 11.08.2023

Hakerlərin Belarusda dörd ölkə diplomatlarına qarşı casusluğu üzə çıxdı - "Reuters"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bir qrup haker uzun illər, o cümlədən Ukraynadakı müharibə zamanı dörd ölkənin Belarusdakı səfirliklərinin məmurlarına qarşı casusluq edib.
Qaynarinfo Reuters-ə istinadən xəbər verir ki, bu barədə Slovakiyanın kibertəhlükəsizlik üzrə ixtisaslaşmış ESET şirkətinin təhlükəsizlik üzrə tədqiqatçılarının hesabatında deyilir. 
Qeyd edilir ki, iki Avropa ölkəsinin, biri Cənubi Asiyadan, biri Afrikadan olan səfirliklərinin diplomatlarına məxsus 15-ə yaxın cihaz kiberhücumların hədəfinə çevrilib.
Araşdırmaya görə, rəqəmsal casusluq kampaniyası təxminən 2021-ci ildə başlayıb və hələ də davam edir.
Hesabatda bildirilir ki, hakerlər qurbanlarının internetə çıxışına, ehtimal ki, ISP səviyyəsində müdaxilə ediblər, bu da onların zərərli proqramları yükləmək üçün aldadıla biləcəyini göstərir.
Hələlik neçə diplomatın bu kampaniyanın qurbanı olduğu məlum deyil. Lakin Belarusdan fəaliyyət göstərdiyi iddia edilən "yeni və təkmilləşdirilmiş haker komandası”nı aşkar edən araşdırma diplomatların kibercasusluğa nə qədər həssas ola biləcəyini göstərir.
İnternet-müşahidəçilər qrupu Citizen Lab-dan olan Bill Marçaka görə, bu cür hücumlardan yayınmaq çətindir.
Nizami Bağırov