Xəbər lenti

İdman 16:43 17.01.2024

Hakim haqda danışdığına görə 50 min dollar cərimələndi

NBA "Sacramento Kings”in baş məşqçisi Mayk Braunu komandasının "Milwaukee Bucks”a uduzduğu oyunda (143-142) hakimə hücum etdiyinə və oyunsonrası mətbuat konfransı zamanı şəxsi kompüterində bir neçə mübahisəli məqamı göstərdiyinə görə 50.000 dollar cərimələyib.

Qaynarinfo-nun məlumatına görə mütəxəssis oyundan sonra hakimlərin səhvlərə yol verdiyini jurnalistlərə nümayiş etdirmək istəyib. Mətbuat konfransı keçirilən otaqda Braun noutbuku çıxararaq sərbəst atışlarda hakimlik meyarlarında uyğunsuzluğu və səhv hesab etdiyi çoxsaylı qərarları göstərib. 

O, cəzası ilə bağlı açıqlamada zarafatından da qalmayaraq, "Hələ bir az çaşmışam, amma yaxşıyam. Bir məqamı göstərmək istədim və etdim. İndi davam etmək vaxtıdır. Kurort şəhəri Sakramentodan təxminən iki saat yarımlıq məsafədədir. Tərəfdaşım məndən narazıdır, çünki onu və nəvəmi "All Star” fasiləsi zamanı "Tahoe” gölündə xizək sürməyə aparacaqdım, lakin "Ritz-Carlton” bizə endirim etməsə, yəqin ki, bunu həyata keçirə bilməyəcəyik. Əla yer olan Çarlton, bizə endirim et" - sözlərini söyləyib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->