Xəbər lenti

Hakim səhvini etiraf etdi,
İdman 10:52 09.05.2024

Hakim səhvini etiraf etdi, "Bavariya"nın baş məşqçisi qərarı xəyanət adlandırdı

"Bavariya"nın baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasında "Real Madrid"lə yarımfinal matçının son dəqiqələrində yan xətt hakiminin komandasının qolunu ləğv etməsini sərt tənqid edib və bunu xəyanətlə müqayisə edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bayern & Germany" məlumat yayıb.

"Demək olar ki, finala çıxdıq, demək olar ki, məqsədimizə çatdıq. İkinci qolu əsas vaxtda buraxdıq. Sonra qol vurduq, ardınca laysman və hakimin fəlakətli qərarı oldu. Bu, xəyanət kimi hiss olunurdu", deyə Tuxel bildirib.

Tomas Tuxel qolu ləğv edən yan xətt hakiminin üzrxahlığını qəbul etməkdən imtina edib: 

"Bura iki ciddi səhvin və sonra üzr istəməyin yeri deyil. Hamımız sərhədlərimizi aşmamalıyıq, heç kim əziyyət çəkməməlidir, səhv etmədən oynamalıyıq. Bu səviyyəli hakimlər də bunu etməlidir. Əgər işinizi görmürsünüzsə, üzr istəməyiniz sizə kömək etməyəcək".

"Bavariya"nın müdafiəçisi Mattis de Liqt isə qolunu qeydə alınmamasına səbəb olan yan xətt hakiminin səhvini etiraf etdiyini bildirib. Bu barədə "NBC Sports" məlumat yayıb.

"Yan xətt hakimi mənə dedi: "Bağışlayın, səhv etdim". Amma mən bundan nə əldə edirəm?", deyə futbolçu bildirib.

Qeyd edək ki, "Real Madrid"lə "Bavaraiya" Çempionlar Liqasının yarımfinalında qarşılaşıb. İlk oyun 2:1 hesabı ilə başa çatıb. Ötən axşam Madriddə keçirilən cavab qarşılaşmasında meydan sahibləri 2:1 hesabı ilə qalib gələrək, finala çıxıblar. "Bavariya"nın müdafiəçisi Mattis de Liqt son dəqiqələrdə qol vursa da, ofsayd qeydə alıb. 

Onu da qeyd edək ki, "Real Madrid" finalda digər Almaniya təmsilçisi "Borussiya Dortmund"la qarşılaşacaq. Oyun iyunun 1-də Londondakı "Uembli" stadionunda keçiriləcək.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->