
Prezident Dilma Rusef islahatlara başlayır
Braziliya prezidenti Dilma Rusef nümayişçilərin aksiyalarının qarşısını almaq üçün bir sıra islahatların keçirilməsinə razılıq verib. Anspress-in BBC-yə istinadən verdiyi məlumata görə, əvvəlcədən yazılan televiziya müraciətində Rusef söz verib ki, ictimai nəqliyyat, səhiyyə və təhsil sahələrini yaxşılaşdıracaq. Xüsusi olaraq, o neft hasilatından əldə olunan gəlirin təhsil sahəsinə sərmayə yatırılması planlarının dəstəklənməsi haqda da danışıb.
Braziliya prezidenti Dilma Rusef bundan başqa, 2014-cü ildə Braziliyada futbol üzrə dünya çempionatının keçirilməsini dəstəklədiklərini də açıqlayıb. O deyib ki, yarışmaya hazırlıq dövlət vəsaitləri hesabına maliyyələşmir. Braziliya dövlət başçısı sülh etirazlarının liderlərinə görüş keçirməyi və problemləri müzakirə etməyi təklif edib.
Qeyd edək ki, artıq iki həftədir ki, Braziliyanın şəhərlərində etirazlar davam edir. Hakimiyyətin nəqliyyatda əvvəlki qiymətləri bərpa etmək vədi etirazçıları sakitləşdirməmişdi və nəticədə iyunun 2-də ölkədə geniş aksiyalar başlamışdı. Həftənin cümə günü isə milyondan artıq insan etiraz aksiyası keçirib./anspress/