Xəbər lenti

Hakimiyyəti devirən üsyançılar Fransaya uran və qızıl ixracını dayandırdı
Dünya13:25 31.07.2023

Hakimiyyəti devirən üsyançılar Fransaya uran və qızıl ixracını dayandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nigerdə hakimiyyəti ələ keçirən üsyançılar Fransaya uran və qızıl ixracını dayandırmaq qərarına gəliblər. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Mehr News" hərbçilərin bəyanatına istinadən məlumat yayıb.
Onlar həmçinin Fransanı prezident Məhəmməd Bazumun hakimiyyətini bərpa etmək üçün hərbi müdaxilə təşkil etməkdə ittiham ediblər.
"Bizim uranımız, almazımız, qızılımız, neftimiz var, biz isə qul kimi yaşayırıq? Təhlükəsizliyimiz üçün fransızlara ehtiyacımız yoxdur”, - üsyan iştirakçılarından biri deyib.
Niger dünyada yeddinci uran istehsalçısıdır. Müxtəlif hesablamalara görə, Fransada elektrik enerjisi istehsal etmək üçün istifadə olunan uranın 15%-17%-i Nigerin payına düşür.
Xatırladaq ki, iyulun 27-nə keçən gecə Niger Milli Televiziyasının efirində Niger Prezident Qvardiyasının bir qrup hərbçisi Niger prezidenti Məhəmməd Bazum və onun bütün ailə üzvlərinin hakimiyyətdən uzaqlaşdırıldığını bildirib. Niger ordusunun komandanlığı üsyanı təşkil edən hərbçiləri dəstəkləyib. Bazum istefa verməkdən qəti şəkildə imtina edib. Qərbi Afrika İttifaqı üsyançılar hakimiyyəti Niger prezidentinə qaytarmaqdan imtina etdiyi təqdirdə hərbi müdaxilə ilə hədələyib.
Nizami Bağırov