Xəbər lenti

Halal “google” açıldı
Dünya12:31 14.07.2013

Halal “google” açıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu axtarış sistemi istifadəçilərə yalnız halal nəticələr təqdim edir

Müsəlmanlar üçün yeni axtarış sistemi yaradılıb. Anspress-in xarici mətbuata istinadən verdiyi məlumata görə, yeni açılan axtarış sistemi istifadəçilərə yalnız halal nəticələr təqdim edir.

“Halalgoogling” adlı axtarış sistemi müxtəlif qaynaqlardan topladığı məlumatları yığır və filtrdən keçirərək müsəlmanlığa uyğun olmayan məlumatları silir. 

Saytın istifadəçiləri pornoqrafiya, gey, lezbiyan, biseksual, qumar kimi sözləri axtarışa versələr, yalnız öyrədici xarakter daşıyan məlumatlar çıxır. 

Saytın qurucusu dünyadakı 1,5 milyard müsəlman üçün belə bir sayta ehtiyac olduğunu, axtarış sisteminin müsəlmanları haram məlumatlar və görüntülərdən qoruduğunu bildirib. 

Qeyd edək ki, “Halalgoogling” ilk “halal” sayt deyil. Daha əvvəl də “imhalal.com” və “halalsearch” kimi axtarış sistemləri açılmışdı.