Xəbər lenti

Hamilə olduğunu bilməyən qadın uşaq dünyaya gətirdi (FOTOLAR)
Dünya14:09 07.03.2018

Hamilə olduğunu bilməyən qadın uşaq dünyaya gətirdi (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avstraliyanın Qərbi Avstraliya ştatında hamilə olduğunu bilməyən Ceyd Lourens adlı qadın uşaq dünyaya gətirib.
Qaynarinfo Daily Mail-ə istinadən xəbər verir ki, appendisit şikayəti ilə həyat yoldaşı Kört Stüart ilə xəstəxanaya gələn 27 yaşlı qadın əslində hamilə olduğunu öyrənib. 15 dəqiqə cəhddən sonra qadın "Perth" xəstəxanasında sağlam şəkildə oğlan uşağı dünyaya gətirib. 
Ailələrinin sayında gözlənilmədən say artımı baş verən Lourens və Stüart cütlüyünün 2 yaşlı qızları var. Cütlük bildirir ki, növbəti il 2-ci uşaq planlaşdırırdılar.
Qeyd edək ki, Ceyd Lourensə "Polikistik yumurtalıq sindromu" diaqnozu qoyulub. Bu sindrom, hamiləliyin aşkar şəkildə görünməsinə mane olur.
Gülşən