
Qazaxıstanda Unqurtas adlı dağın ətəyində yerləşən eyni adlı qəsəbədə Bifatima Dualetova adlı sufi dərviş yaşayır. Bifatima iddia edir ki, bura “gücün yeridir” və insanların problemlərini həll edə bilər. Onun qonaq evində bütün keçmiş Sovet İttifaqından davamçılar yaşayır.
Qaynarinfo.Az publika.az-a istinadən xəbər verir ki, Qərb fotoqrafı Denis Vedjas iki ay bu qəsəbədə yaşayaraq şamançılığı fotolarına sığdıra bilib.

Fotoqraf Unqurtasda 2011-ci ilin yanvar-mart aylarında yaşayıb. O, şamançılıq mərasimləri keçirən zəvvarları müşayiət edir, mərasimləri təsvir etməklə yanaşı, onların tapşırıqlarını yerinə yetirirdi.










Bifatimanın qonaq evinin sakinlərinin əksəriyyəti üç kateqoriyaya bölünür: bəziləri ölümcül xəstəlikdən sağalmaq, ikincilər narkotiklərdən asılılığa qalib gəlmək, üçüncüləri isə hamilə olmaq istəyirlər. Bəziləri burada bir neçə gün, başqaları illərlə qalır. Aksulu icmanın ümunmüddətli qonaqlarından biridir. O, Unqurtasa artıq üçüncü ildir gəlir.Mərasimin bir hissəsi: şaman öz davamçısını qoyunun ağciyərləri ilə vurur.

Bifatimanın əllərində qoyunun ağciyərləri var. Divarda yazılar isə ianələrin siyahısıdır.

Ayda bir dəfə şaman qonaq evinin bütün sakinlərinin başlarını qırxır.

Ayində öldürülən heyvanların qalıqlarında da itlərə tez-tez pay düşür çatır.

Bifatima zəvvarları müqəddəs sufi məkanlarına aparır.

Bifatima mavzoley qarşısında dualar oxuyur.

Müqəddəs təpədə axşam duası.

Bifatima Rusiyadan olan zəvvarlarla birlikdədir.

Bifatimanın köməkçisi Cumaqali.

İcmadan insanlar. Onlar gündüz adətən fermada işləyirlər: anbarları təmizləyir, qoyunları otarır və ya qazları qovurlar. Bifatimanın sözlərinə görə, əcdadların ruhları hər bir işçinin bu hərəkətlərinin simvolik mənasını dərk etmək istəyir.

Zəvvarlardan biri mərasimdən sonra çayı içir. Onun üzündə qurbanlıq qoyunun qanı var.

Yeraltı məsciddə gecə meditasiyası.

Unqurtas dağına yol. Əfsanəyə görə, Əhməd Yassaui onu son sığınacaq kimi seçib.