Xəbər lenti

Hamısı həlak oldu - QƏZA
Dünya11:00 08.06.2013

Hamısı həlak oldu - QƏZA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Xabarovsk vilayətində qəzaya uğrayan “Mi-8” helikopterinin bütün ekipaj üzvləri və sərnişinləri həlak olublar.

APA-nın “RİA-Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya FHN Uzaq Şərq Regional Mərkəzinin nümayəndəsi bildirib. Onun sözlərinə görə, həlak olan 5 nəfərin hamısının meyiti artıq tapılıb.

Helikopter çərşənbə axşamı Tuquradan Briakan şəhərinə uçarkən əlaqədən itib.

Qəzaya uğrayan helikopterin qalıqları bu gün səhərə yaxın aşkar olunub.

Hadisə ilə bağlı Rusiyanın Cinayət Məcəlləsinin 351-ci maddə üzrə (uçuş qaydaların pozuntusu) cinayət işi başlanılıb.

Qaynar.info