Qadınlara təcavüz etməkdə günahlandırılan Pol Fitscerald pedofil kamera yoldaşı Riçard Haklı İngiltərə həbsxanasında qətlə yetirib. Fitscerald etiraf edib ki, kamera yoldaşını boğandan sonra onu yeməyə hazırlaşırmış.
Qaynarinfo xəbər verir ki, hadisə 13 oktyabrda Şərqi Yorkşirdəki həbsxanalardan birində baş verib. İstintaqın təsbit etdiyi kimi, Fitscerald cinayətini diqqətlə planlaşdırıb və qətldə elektrik kabelindən istifadə edib. Buna görə də yoldaşını törətdiyi cinayətlərə görə cəzalandırmaq istəyib.
Eyni zamanda, Fitzgerald digər məhkumları ölümlə təhdid edib. Qatilin qarışıq şəxsiyyət pozuqluğu, psixopatiya və cinsi şəxsiyyət pozuqluğundan əziyyət çəkdiyi bilinir. Boğduğu Hakl uşaqlara qarşı çoxsaylı cinayətlərə görə 22 il həbs cəzasına məhkum edilib. Britaniyada Fitsceraldın məhkəmə prosesi davam edir.
Alpər