Xəbər lenti

Hansı deputat Kiyevi tərk etsə, demək, satqındır - Radanın spikeri
Dünya07:48 24.02.2022

Hansı deputat Kiyevi tərk etsə, demək, satqındır - Radanın spikeri

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna ərazisini tərk edən xalq deputatları satqın hesab olunacaqlar.
Qaynarinfo Unian-a istinadla xəbər verir ki, bu barədə Ali Radanın sədri Ruslan Stefançuk bildirib.
"Sizdən xahiş edirəm - bütün xalq deputatları Kiyevdə qalsınlar”, - o deyib.
Onun sözlərinə görə, zərurət yaranarsa, xalq deputatları müəyyən vaxtda dərhal müəyyən yerə toplaşıb işləməyə hazır olmalıdırlar. "Kim gedəcəksə, demək, xaindir", - Stefançuk vurğulayıb. O, fraksiya rəhbərlərini də məsləhətləşmələrə çağırıb.
O, Facebook-da yazıb: "Dövlətimizin bütün qüvvələri həyəcan təbili çalıb. Bütün fikrimiz və dualarımız indi əsgərlərimiz üçündür".
O, vətəndaşları evdə qalmağa, yaxınlarının qayğısına qalmağa, baş verənlərlə bağlı xəbərdarlıq etməyə çağırıb.
"İndi sual təkcə Ukraynanın gələcəyi ilə bağlı deyil, həm də Avropada həyatın necə olacağı ilə bağlı qərar verilir. Qlobal təhlükəsizlik həm də dünyanın bu təcavüzə necə reaksiya verməsindən asılıdır. Sivil ölkələrin reaksiyası nə qədər güclü olarsa, sülh bir o qədər tez əldə olunar. Təcavüzkar öz əməlinin əvəzini ödəməlidir”, - Stefançuk əlavə edib.
Alpər