Xəbər lenti

Hansı "JEK"lər vergidən yayınır? - SİYAHI
Ölkə10:12 04.02.2015

Hansı "JEK"lər vergidən yayınır? - SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda 10 Mənzil kommunal təsərrüfatı birliyinin vergidən yayındığı məlum olub.
APA-nın məlumatına görə, fevral ayının 4-ə olan borclu vergi ödəyicilərinin siyahısı Vergilər Nazirliyinin saytında yerləşdirilib.
Məlumatda qeyd edilib ki, Bakı şəhərinin Xətai, Yasamal, Nəsimi, Suraxanı, Sabunçu və Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, Abşeron rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyi, Şirvan şəhər Mənzil Təsərrüfatı İdarəsi və Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi vergi borcunu ödəmir.
Borclu vergi ödəyicilərinin siyahısında Qaradağ rayon Kanalizasiya İdarəsi və "Baklift-1" İxtisaslaşdırılmış İstehsalat İdarəsi də yer alıb.
Bununla yanaşı borcun məbləği göstərilməyib.
Qaynar.info