Ekspertlər hansı rəngdə avtomobillərin daha çox qəzaya uğradığını müəyyən ediblər.
Avtobank.az Rusiya mətbuatına istinadən xəbər verir ki, araşdırmalara əsasən narıncı, sarı, qəhvəyi və bənövşəyi rəngdə olan avtomobillər nadir hallarda qəzaya uğrayır.
Əksər hallarda qara, boz və gümüşü rəngli avtomobillər daha çox təhlükə ilə üzləşirlər. Bu rəngdə olan avtomobillərin sahibləri sığorta şirkətlərinə 20 faiz daha çox müraciət edir.
Belə ki, rəngli maşınlar yollarda digər maşınlardan seçilir. Gündüz saatlarında qara rəngli maşınlar ağlara nisbətən qəzalara 12 faiz çox meyilli olurlar.
Həmçinin, ekspertlər iddia edirlər ki, avtomobilin rəngi ilə sürücünün xasiyyəti arasında sıx bağlılıq var. Qara və qırmızı rəng seçən sürücülər avtomobili daha aqressiv idarə edirlər. Yaşıl və göy rəngdə avtomobil sürücüləri isə daha təhlükəsiz idarə edirlər.
Ag rəngli avtomobillər də təhlükəsiz rənglər siyahısına aiddir. Amma bu rəngdə olan avtomobillər daha çox oğurlanır.
Qaynar.info