Xəbər lenti

Haqqında ən çox mənfi xəbər yayılan şou-biznes nümayəndələri - SİYAHI
Maqazin09:15 06.08.2016

Haqqında ən çox mənfi xəbər yayılan şou-biznes nümayəndələri - SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kamran Həsənli, Tarix Əliyev (Tolik), Rauf Əhmədov və Elşad Xose haqqında ən çox mənfi xəbər yayımlanan şou-biznes nümayəndələri olublar. Almaz Ələsgərli isə haqqında ən çox müsbət xəbərlər dərc olunan müğənni olub.

Media Təqib Mərkəzi (MTM) 2016-cı ilin iyul ayı üzrə şou-biznes nümayəndələri ilə bağlı monitorinqin nəticələrini açıqlayıb.

Qaynarinfo.Az MTM-a istinadla xəbər verir ki, 2016-cı ilin iyul ayında elektron mətbuatda, yəni sayt və portallarda şou-biznes nümayəndələri ilə əlaqəli 10796 xəbər yerləşdirilib. Bunlardan 236 xəbər mənfi, 24 xəbər müsbət və 10536 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Kamran Həsənli (57 xəbər – bacısının istintaqa cəlb olunması), Tarix Əliyev (45 xəbər –  icra başçısının Toliki təhqir etməsi, Dağıstanın üzünü görməyib fəxri ad alanlar başlıqlı xəbərlər), Rauf Əhmədov (34 xəbər –  Ağdamın işğal günündə 18+ parti etməsi), Elşad Xose (34 xəbər –  Ağdamın işğal günündə 18+ parti etməsi). Müsbət xəbərlər isə Almaz Ələsgərliyə (24 xəbər -  “Mövsümün sevilən aktrisası” nominasiyası üzrə təltif olunması) məxsusdur.

Saytlarda xəbər sayına görə sıralama:

1.İlhamə Quliyeva653 xəbər

2.Röya Ayxan538 xəbər

3.Flora Kərimova399 xəbər

4.Elza Seyidcahan391 xəbər

5.Zülfiyyə Xanbabayeva382 xəbər

6.Tarix Əliyev330 xəbər

7.Tünzalə Ağayeva314 xəbər

8.Aygün Kazımova313 xəbər

9.Brilliant Dadaşova301 xəbər

10.Natəvan Həbibi291 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 382 xəbər dərc edilib. Bu xəbərlərdən 376-sı neytral, 2-si müsbət, 4-ü isə mənfi xəbərlərdir. Mənfi xəbərlər Teymur Əmrah (2 xəbər – Flora Kərimovanın müğənni haqqında fikirləri) və Kamran Həsənliyə (2 xəbər - bacısının istintaqa cəlb olunması) məxsusdur. Müsbət xəbərlər isə Almaz Ələsgərliyə (2 xəbər -  “Mövsümün sevilən aktrisası” nominasiyası üzrə təltif olunması) məxsusdur.

Qəzet və jurnallarda xəbər sayına görə sıralama:

1.Tünzalə Ağayeva32 xəbər

2.Flora Kərimova19 xəbər

3.İlhamə Quliyeva19 xəbər

4.Zülfiyyə Xanbabayeva13 xəbər

5.Röya Ayxan13 xəbər

6.Elza Seyidcahan11 xəbər

7.Alim Qasımov11 xəbər

8.Faiq Ağayev11 xəbər

9.Gülyanaq Məmmmədova11 xəbər

10.Aygün Kazımova10 xəbər

İyul ayında televiziya kanallarında şou-biznes nümayəndələri haqqında 89 xəbər göstərilib. 

Televiziya kanallarında xəbər sayına görə sıralama: 

1.Əlikram Bayramov5 xəbər

2.İlhamə Quliyeva5 xəbər

3.Elariz Məmmədoğlu4 xəbər

4.Rüfət Axundov4 xəbər

5.Kərim Abbasov4 xəbər

6.Rəhim Rəhimli3 xəbər

7.Ədalət Şükürov3 xəbər

8.Cavanşir Məmmədov3 xəbər

9.Gülay Qədirova3 xəbər

10.Nadir Qafarzadə3 xəbər

Qeyd edək ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər. 

Qaynarinfo.Az