Xəbər lenti

Harris gələn həftə Zelenski ilə görüşməyi planlaşdırır -
Dünya 10:00 19.09.2024

Harris gələn həftə Zelenski ilə görüşməyi planlaşdırır - "Bloomberg"

ABŞ-ın vitse-prezidenti Kamala Harris gələn həftə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşməyi planlaşdırır. Onların arasında görüşün Vaşinqtonda baş tutacağı gözlənilir.

Bu barədə Qaynarinfo "Bloomberg”ə istinadən xəbər verir.

Məsələ ilə tanış olan mənbə Amerika mediasına vitse-prezidentin və prezidentliyə namizədin Zelenski ilə görüşlə bağlı müvafiq planları barədə danışıb.

Zelenski ABŞ-a səfəri zamanı həm hazırkı ABŞ lideri Co Baydenə, həm də prezidentliyə namizədlər demokrat Kamala Harris və respublikaçı Donald Trampa Ukraynanın qələbə planını təqdim etmək niyyətindədir.

"Onun bu ayın sonunda BMT Baş Assambleyasının kuluarlarında görüşəcəkləri zaman planı Baydenə təqdim edəcəyi gözlənilir. O, planlarını Harris və Trampla da bölüşmək istəyir", deyə "Bloomberg" bildirib.

Ukrayna prezidentinin ABŞ-a səfəri zamanı ölkənin NATO və Avropa İttifaqa üzvlüyünə təkan verəcəyi gözlənilir.

Bundan əlavə, "Bloomberg" yazır ki, Zelenski Birləşmiş Ştatlara səfəri zamanı çox güman ki, iqtisadi və təhlükəsizlik sazişləri bağlayacaq və Ukraynanın qələbə planının bir hissəsi kimi daha təkmil silahların tədarükü ilə bağlı suallar qaldıracaq.

Xatırladaq ki, bu gecə "Reuters” ABŞ prezidentliyinə namizəd Trampın gələn həftə Ukrayna prezidenti Zelenski ilə çox güman ki, görüşəcəyini yazıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->