ABŞ-ın yeni seçilmiş vitse-prezidenti Kəmalə Harris ABŞ dövlət başçısı Donald Trampın Corciyanın dövlət katibi ilə Amerika lideri lehinə səsləri yenidən saymağı xahiş etdiyi səs yazısı ortaya çıxandan sonra hesab edir ki, o, səlahiyyətlərindən sui-istifadə edir:
"Əlbəttə, bu ümidsizliyin səsi idi... Bu, ABŞ Prezidenti tərəfindən açıq və cəsarətli bir şəkildə sui-istifadə idi".
Qaynarinfo xəbər verir ki, bu sözləri Harris Corciyada bir mitinqdə deyib. Onun çıxışı C-Span tərəfindən yayımlanıb.
Daha əvvəl bildirilirdi ki, söhbət zamanı Tramp Corciyanın dövlət katibi Bred Raffenspergerdən seçki nəticələrini onun xeyrinə yenidən nəzərdən keçirməsini istəyib.
Alpər