Xəbər lenti

Harvardda insan dərisindən kitab tapıldı - FOTO
Dünya05:08 06.06.2014

Harvardda insan dərisindən kitab tapıldı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Ruhların taleyi” kitabı tədqiq edilib

Harvard universitetinin kitabxanasında üzü insan dərisindən olan qəribə kitab tapılıb.

ANS PRESS-in məlumatına görə, ekspertlər XIX fransız yazıçısı Arsen Hussayenin “Ruhların taleyi” kitabını tədqiq ediblər və təsdiq ediblər ki, kitab doğrudan da insan dərisi ilə üzlənib.

Müəllif öz kitabını "ruh və ölümdən sonrakı həyat barədə düşüncələr” adlandırıb. O, kitabı 1880-ci illərin sonlarında öz həkim dostu Lüdovik Bulanda bağışlayıb. O isə kitabı pasienti olmuş və insultdan ölmüş naməlum qadının dərisi ilə üzləyib. Buland öz əməlinə kitabda izah verib: “Bu kitab insan ruhu haqqındadır, ona görə də insan dərisindən olan üzlüyə layiqdir”.

Hazırda bu, dəhşətli sayılsa da həmin əsrlərdə adi qarşılanırdı. Bu praktika XVI əsrdən bəllidir. Bəzən cinayətkarların etirafları öz dəriləri ilə üzlənirdi. Doktor Buland həm də qeyd edib ki, onun kolleksiyasında insan dərisi ilə üzlənmiş başqa bir kitab da olub. XVII əsrə aid həmin kitab hazırda Londonun Uelkom kitabxanasındadır.

Qaynar.info