
ABŞ-ın Texas ştatında hakim olan Harvey qasırğasının qəhrəmanı yeməklərini daşıyan it olub.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, şəhəri iflic edən qasırğadan xilas olan Otis adlı itin yeməklərini daşıyan zaman çəkilmiş fotosu sosial mediada 10 min dəfədən çox paylaşılıb.
Qeyd edək ki, 5 kateqoriya arasında şiddətinə görə 4-cü sırada qərarlaşan Harvey qasırğasının yarada biləcəyi fəlakətlərin qarşısını almaq üçün ərazidə fövqəladə vəziyyət elan edilib.
Qasırğa bu günə qədər onlarla tikilinin dağılmasına səbəb olub. Təbii fəlakət nəticəsində 3 nəfərin öldüyü, 10 nəfərdən çox insanın yaralandığı bildirilir.
Milyonlarla insan təhlükəsizlik məqsədilə sığınacaqlara yerləşdirilib. Uçuşlar təxirə salınıb.
Gülşən
Qaynarinfo.Az
