Xəbər lenti

Hava ilə işləyən maşınlar gəlir - Benzin erası bitir?
Dünya11:13 25.02.2015

Hava ilə işləyən maşınlar gəlir - Benzin erası bitir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yaponiyanın “Toyota” avtomobil istehsalı şirkəti fevralın 24-də dünyada ilk yanacaq elementi ilə işləyən avtomobilin kütləvi istehsalına başlayıb.

Qaynar.info AzərTAc-a istinadən xəbər verir ki, “Miray” (“Gələcək”) adı almış bu avtomobil şirkətin Aiti prefekturasının “Toyota” şəhərində yerləşən müəssisəsində istehsal olunur.

Yanacaq elementi ilə işləyən nəqliyyat vasitələri hidrogenlə oksigenin reaksiyaya girməsi nəticəsində alınan elektrik enerjisinin köməyi ilə hərəkət edir. Bu nəqliyyat vasitələrinin emissiyalarında karbon qazı əmələ gəlmir.

“Toyota” şirkəti cari ilin payızında ABŞ-da və Avropa ölkələrində “Miray” avtomobillərinin satışına başlamağı planlaşdırır.

Qaynar.info