Xəbər lenti

Hava limanında qayçı itdi, 36 reys təxirə salındı
Dünya 14:50 21.08.2024

Hava limanında qayçı itdi, 36 reys təxirə salındı

Yaponiyanın Nyu Çitose hava limanında əməliyyatlar iki saat ərzində iflic olub. Gediş gözləmə yerindəki mağazaların birində işçilərin istifadə etdiyi qayçı yoxa çıxıb. Hadisə avqustun 17-də baş verib, nəticədə hava limanında 36 reys təxirə salınıb, daha 201 reys gecikib.

Qayanrinfo CNN-ə istinadən xəbər verir ki, aeroport administrasiyası qayçının potensial terrorçu tərəfindən oğurlana və təyyarənin göyərtəsində silah kimi istifadə oluna biləcəyindən ehtiyat edib. 

Təhlükəsizlik əməkdaşları iki saat axtarış aparıblar. Bəzi sərnişinlər yenidən təhlükəsizlik yoxlamasından keçməli olublar.

Sərnişinlər arasında Yaponiyanın "9mm Parabellum Bullet" rok qrupunun üzvləri də olub. Hava limanındakı gecikmələrə görə onlar Hokkaydoda hər il keçirilən "Rising Sun" musiqi festivalında çıxışlarını buraxıblar. Daha sonra qrupun rəsmi saytında "Mütləq qisas alacağıq!" yazısı ilə bir yazı dərc olunub.

"Nikkan Sports" qəzetinin məlumatına görə, qayçı yalnız ertəsi gün, avqustun 18-də səhər saatlarında tapılıb. Onu həmin mağazada işləyən əməkdaş tapıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->