ABŞ-ın Havay ştatında aktivləşən Kilauea Yanardağının yaratdığı təhlükə davam edir.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, son günlərdə ərazidə ən güclüsü 6,9 bal olan çox sayda zəlzələ baş verib. 26 ev vulkan tərəfindən məhv edilib, 1700 insan sığınacaqlara yerləşdirilib. Vulkan lavaları 36 min kvadrat km əraziyə yayılıb və nə zaman dayanacağı qeyri-müəyyəndir.
Sığınacaqlara yerləşdirilən bəzi vətəndaşlara sənədlər və ev heyvanlarını götürmək üçün icazə verilib. Onlar bir müddət yaşadıqları yerdən uzaq qalmaq məcburiyyətində olacaqlar.