"Rosatom və Rusiya hərbçilərinin nümayəndələri hazırda Zaporojjya Atom Elektrik Stansiyasındadırlar. İşğalçılardan hər şeyi gözləmək olar".
Qaynarinfo xəbər verir ki, bunu "Enerqoatom” NAEK-in prezidenti Petro Kotin deyib.
"Orada Rosatomun nümayəndələri, əsgərlər, müxtəlif qruplar var. Və onlardan hər şeyi gözləmək olar", deyə rəsmi UNİAN-a müsahibəsində
bildirib.
Qeyd edək ki, Zaporojjya AES ötən ilin martından düşmən işğalı altındadır. O vaxtdan bəri AES dəfələrlə fəlakətin astanasında olub.
Kaxovka SES-də baş vermiş faciə ilə əlaqədar ZAES-də vəziyyət daha da gərginləşib. Atom stansiyasının soyuducu hovuzunun müntəzəm su təchizatı yoxdur. Lakin son günlər orada suyun səviyyəsi sabitdir.
İyunun 9-da məlum olub ki, ZAES-in sonuncu enerji bloku "soyuq” rejimə keçəcək, çünki əks halda ZAES-də soyuducu hovuzlar daha tez buxarlanacaq.
Alpər