
Türkiyədə "Tv8" telekanalında "O ses Türkiye" yarışında yarımfinala qədər yüksələn və bir müddət əvvəl FETÖ/PDY istintaqına görə həbs edilən eskişehirli Osman Vahid Özdalın azadlığa buraxılması ilə bağlı məlumat vermişdik.
Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, istintaqın tamamlanmasının ardından Özdalla bağlı qərar çıxarılıb.
Qərarda onun günahsız olduğu və cəzasına xitam verilərək yenidən həyatına "durduğu yerdən" davam edə biləcəyi deyilir.
Qaynarinfo.Az