Xəbər lenti

Həbs edilən rüşvətxor prokurorun yerinə yeni təyinat
Ölkə12:06 30.11.2018

Həbs edilən rüşvətxor prokurorun yerinə yeni təyinat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Korrupsiyada ittiham olunaraq həbs edilən prokurorun yerinə təyinat olub.
Qaynarinfo Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.
Eldar Sultanov qeyd edib ki, baş prokuror Zakir Qaralovun müvafiq əmrinə əsasən, Tural Yusifov rayonun prokuroru vəzifəsinə təyin edilib. 
O, bu təyinata qədər İsmayıllı rayon prokuroru vəzifəsini müvəqqəti icra edib.
Qeyd edək ki, bu ilin iyul ayında İsmayıllı rayon prokuroru Ülvi Abbasov və onun böyük köməkçisi Faiq Quliyev korrupsiya ittihamı ilə həbs ediliblər.