Xəbər lenti

Həbsxanada üsyan: 150 məhbus qaçdı
Dünya13:33 12.07.2013

Həbsxanada üsyan: 150 məhbus qaçdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İndoneziyada məhbusların qiyamı zamanı 5 nəfər ölüb

İndoneziyanın Sumatra adasında yerləşən Medan şəhərində həbsxanalardan birində qiyam baş verib. Məhbusların qiyamı nəticəsində azı 5 nəfərin öldüyü bildirilir. Azı 150 məhbus da qaçmağa müvəffəq olub. Onların arasında terrorçuluq fəaliyyətinə və ağır cinayətlərə görə məhkum olanlar da var.

Qiyamın baş verməsinə səbəb kimi isə elektrik enerjisi təchizatının kəsilməsi səbəbindən suyun verilməməsi göstərilir. İğtişaşlar və məhbusların törətdiyi yanğın nəticəsində onlar silah ələ keçirə və 15 polisi girov götürərək, bütün maneələri keçə biliblər.

Hazırda şəhərdə qaçan məhbusların axtarışına başlanılıb. Axtarışa yüzlərlə polis və əsgər cəlb edilib./musavat.com/