Pandemiya səbəbindən xaricdən gələn zəvvarlar üçün qapılarını bağlayan Səudiyyə Ərəbistanı idarəçiliyi bu ilki həcc ayinlərində cəmi min nəfərin iştirakına icazə verəcək.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə naziri Məhəmməd Saleh bin Tahir Benten məlumat verib. O, zəvvarların Səudiyyə vətəndaşları və ya yerli sakinlər arasından seçiləcəyini bildirib:
"Hacıların sayı min civarında, bəlkə daha az, bəlkə də bir az çox olacaq. Ancaq bu il say on minlər, yüz minlər şəklində olmayacaq".
Ölkənin səhiyyə naziri Tevfiq Əl-Rabiyə isə ayinlərdə iştirak edən şəxslərin 65 yaşından aşağı və xroniki xəstəliyi olmayanlardan seçiləcəyini deyib. Həmçinin hacı namizədləri Məkkənin girişində koronavirus testindən keçiriləcək və ibadətdən sonra 2 həftə evlərində karantində saxlanılacaq.
Qeyd edək ki, hər il 2,5 milyon zəvvar Məkkəyə axın edirdi.
Camal