Xəbər lenti

Həkim saç yuma zamanı buraxılan üç əsas səhvi açıqladı
Sağlamlıq 23:32 25.07.2025

Həkim saç yuma zamanı buraxılan üç əsas səhvi açıqladı

İsti su, düzgün tətbiq olunmayan şampun və zəif durulama - saç baxımında edilən bu səhvlər quruluq və qırılmaya səbəb ola bilər.

Qaynarinfo xəbər verir ki, "Vanitatis" nəşrinə danışan həkim Ayna Salom saç yuma zamanı edilən üç əsas səhvi sadalayıb. 

Onun sözlərinə görə, saçların düzgün yuyulmaması onların sağlamlığına mənfi təsir göstərə bilər.

1. Şampunun saçın uzunluğuna tətbiqi

Ayna Salom bildirir ki, şampun yalnız saç dərisinə tətbiq olunmalıdır. Saçın uzun hissəsinə şampun vurmaq ehtiyacdan artıq quruluğa və qırılmaya səbəb ola bilər. Çünki saçların əsas uzunluğu durulama zamanı axan köpüklə təmizlənir.

"Təmizləyici maddələrlə lazımsız təmasdan qaçmaq, saçların quruluq və kövrəkliyini azaltmağa kömək edir", deyə o bildirib.

2. Çox isti su ilə yuma

Həkimin sözlərinə görə, saçların çox isti su ilə yuyulması onların strukturuna zərər verir. Bu həm də saçın kövrəkliyini artırır. Bundan əlavə, yüksək temperatur saç dərisində piy vəzilərinin aktivləşməsinə və sebuma - yağlı dəri ifrazına səbəb olur. Bu isə saçların daha tez yağlanmasına və təmiz görünüşünün daha az davam etməsinə gətirib çıxarır.

3. Yetərsiz durulama

Həkim qeyd edir ki, şampun və digər baxım vasitələrinin qalıqları dəridə qalarsa, bu, qaşınma və qıcıqlanmaya səbəb ola bilər. Buna görə saçları bol su ilə tam durulamaq vacibdir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->