Türkiyənin Bursa şəhərində yaşayan Ümid və Tuba Gözütok cütlüyü hamiləlik dönəmində hər dəfə həkim yoxlamasına gedərkən böyük sürprizlə qarşılaşıblar.
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük ilk yoxlanışda 1, iki həftə sonrakı yoxlamada əkiz, ən sonda isə üçəm uşaqlarının olacağını öyrənib. Hamiləliyin 30-cu həftəsində dünyaya gələn körpələrə Yusif, Yaqub və Asel Nehir adları verilib.
28 yaşlı Ümit Gözütok açıqlamasında bunun olar üçün böyük sürpriz olduğunu və hər yoxlamada uşaqların sayının artmasına görə həyəcanlandıqlarını bildirib:
"Hər yoxlamada körpə sayı artırdı, dördüncü yoxlamada da dördəmmi olar deyə düşündük. Bizim üçün böyük sürpriz oldu, amma çox xoşbəxtik. Üçəm uşağa sahib olmaq gözəl hisdi, amma saxlamaq çox çətindir. Maaşım onların yemək və bezinə ancaq çatır. Dövlətimiz dəstək versə daha yaxşı şəkildə böyüdərik", - deyə Ü.Gözütok deyib.
Ana T.Gözütok isə övladlarını sağ-salamat qucağına aldığı üçün özünü xoşbəxt hiss etdiyini söyləyib: "Biri ağlayanda, digər ikisi də oyanır. Bəzən üçü də birdən ağlayır. Baxmaq çətin olsa da, xoşbəxtik".