
Yunanıstanı yenə etiraz dalğası bürüyüb.
Bu dəfə qiyam qaldıranlar həkimlərdir.
ANS PRESS-in verdiyi xəbərə görə, həkimlər 2500 səhiyyə işçisinin işdən azad edilməsinə görə 2 gündür tətil edir.
Etiraz aksiyasında dövlət xəstəxanaları, sağlamlıq mərkəzləri təcili və sosial yardım strukturları
və s. səhiyyə təşkilatlarının nümayəndələri iştirak edir.
Həmkarlar İttifaqları düşünür ki, bu qədər işçinin işdən çıxarılması səhiyyə idarələrinin bağlanmasına və ölkədə milli səhiyyə sisteminin çökməsinə gətirib çıxaracaq.
Yunanıstan səhiyyə naziri Adonis Qeorqiadis həmkarlar ittifaqlarını tətili dayandırmağa çağırıb. Bildirib ki, səhiyyə sahəsində işdən çıxarılma olmayacaq və heç bir xəstəxana bağlanmayacaq.
Qaynar.info