Xəbər lenti

Həkimlər hansı öskürəyin ağciyər xərçənginə səbəb olduğunu açıqladı
Sağlamlıq08:40 11.04.2020

Həkimlər hansı öskürəyin ağciyər xərçənginə səbəb olduğunu açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İngiltərə Milli Səhiyyə Xidmətinin mütəxəssisləri müəyyən bir öskürək növünün ağciyərlərdə xərçəngin inkişafını göstərə biləcəyinə dair nəticəyə gəlib. 
Qaynarinfo xəbər verir ki, öskürək gecələr başlayıb üç həftədən çox davam edərsə, ehtiyatlı olmalı və həkimə mümkün qədər tez müraciət edilməlidir.
Ayrıca nəfəs darlığı, sinə ağrısı, xırıltı, həmçinin pas rəngli və ya qanlı bəlğəm müşahidə olunarsa, bu, şişdən xəbər verə bilər.
Üstəlik, mütəxəssislər bu cür simptomların heç də həmişə təhlükəli xəstəlik əlaməti olmadığını vurğulayırlar, çünki bu əlamətlər digər ağciyər xəstəliklərinə də xasdır. Ancaq həkimə müraciət etməyi təxirə salmaq olmaz: erkən diaqnoz xəstəliyi tez və effektiv şəkildə aradan qaldırmağa və xərçəngin tamamilə sağalmasına imkanı verir.
Alpər