Xəbər lenti

Həlak olmuş erməni hərbçilərin kredit borcu silinməyəcək - VTB
Ölkə14:03 12.04.2016

Həlak olmuş erməni hərbçilərin kredit borcu silinməyəcək - VTB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Bank VTB (Ermənistan)" QSC bu ayın əvvəlində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hərbi toqquşmalar nəticəsində həlak olmuş erməni hərbçilərin ailələrinin kredit müqavilələri üzrə öhdəliklərini sıfırlamağı planlaşdırmır.

AzNews.az xəbər verir ki, bu barədə "VTB Qrup"un Mətbuat Mərkəzindən bildirilib.

"Belə bir qərar qəbul edilməyib və qəbul olunması planlaşdırılmır", - deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, Ermənistan və Rusiya mətbuatının yaydığı məlumata əsasən, "Bank VTB (Ermənistan)" QSC Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hərbi toqquşmalar nəticəsində həlak olmuş erməni hərbçilərin ailələrinin kredit müqavilələri üzrə öhdəliklərini ləğv edib.

Qaynar.info