Xəbər lenti

Helikopter belə partladıldı - VİDEO
Dünya11:10 25.04.2014

Helikopter belə partladıldı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Helikopterin partlamasına səbəb uçuşdan əvvəl atəşə tutulması olub

Kramatorska aeroportunda Ukraynaya məxsus Mi-8 helikopteri partladılıb. 

ANS PRESS-in məlumatına görə, helikopterin partlamasına səbəb uçuşdan əvvəl atəşə tutulması olub. Bu barədə Hərbi-Siyasi Araşdırmalar mərkəzinin rəhbəri Dmitri Tımçuk bildirib. 

Tımçukanın sözlərinə görə, partlayış zamanı zərər çəkən olmayıb. Ekipaj komandiri isə sayıqlığını itirməyib və helikopterdən tullanmağa vaxt tapıb. 

Xatırladaq ki, bir müddət öncə Slavyanskidə də mülki helikopter atəşə tutulmuşdu. Atəşə tutulan helikopterin Ukraynaya aid olduğu bildirilirdi. Helikopter 17 apreldəki Cenevrə razılaşmasının mətni olan vərəqələri səpələyirdi. 

Qeyd edək ki, bu gün səhər saatlarında Ukraynanın Odessa vilayətində buraxılış-keçid məntəqəsində partlayış baş verib. Partlayış nəticəsində biri milis əməkdaşı olmaqla, 7 nəfər yaralanıb. Onların qəlpə yaraları ilə xəstəxanaya yerləşdirildiyi bildirilir. 

Partlayış Ovidiopol şəhərinə gedən yolda baş verib. İlkin ehtimallara görə, naməlum şəxs buraxılış-keçid məntəqəsinə qumbara atıb.