Xəbər lenti

Helikopter qəzaya uğradı - 6 ölü
Dünya05:59 28.12.2019

Helikopter qəzaya uğradı - 6 ölü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dekabrın 26-da radarlardan itən helikopter qəzasında ölən altı nəfərin cəsədi xilasedicilər tərəfindən tapılıb.
Qaynarinfo xarici mediaya istinadla xəbər verir ki, bu barədə Havay ştatının Kauai adası yanğınsöndürmə xidmətinin rəhbəri Solomon Kanoho bildirib.
S.Kanoho deyib: "Təyyarədə yeddi nəfərin olduğunu və altı cəsədin olduğunu təsdiqləyə bilərik. Sağ qalanların ola biləcəyinə dair heç bir sübut yoxdur".
Xatırladaq ki, daha əvvəl helikopterin Havayda yoxa çıxdığı və göyərtəsində yeddi nəfərin ikisinin uşaq olduğu bildirilmişdi. Helikopter təyin olunmuş vaxtda Kauai adasında Na Pali sahili üzərində ekskursiyadan qayıtmadığdan sonra onun axtarışına başlanılmışdı.