
Braziliyada baş verən qəza nəticəsində 4 nəfər xəsarət alıb
Dünya Braziliyanın San-Paulu şəhəri yaxınlığında helikopter qəzaya uğrayaraq, insanların sıx olduğu şəhər meydanına düşüb. Helikopterin idarəetməni itirərək "Praca da Biblia" meydanında dəmir tağa dəyməsi nəticəsində 4 nəfər xəsarət alıb. Hadisə yerində olan yüzlərlə insan nə baş verdiyini anlamağa çalışan xilasedicilərə və yanğınsöndürənlərə əngəl törədib.
Qəza zamanı yaralananlardan üçü helikopterin göyərtəsində olanlar, biri isə piyada olub.
Helikopterin hansı səbəbdən qəzaya uğradığı isə hələ naməlum olaraq qalır./ans.tv/