Xəbər lenti

Həm üsyan, həm satqın dediyi Priqojinlə sövdələşmə Putini sarsıtdı - Beynəlxalq ekspertlər
Dünya09:26 25.06.2023

Həm üsyan, həm satqın dediyi Priqojinlə sövdələşmə Putini sarsıtdı - Beynəlxalq ekspertlər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Vaqner” özəl həbi şirkətin üsyanı həm Priqojin, həm də satqın adlandırdığı şəxslə sövdələşən Putini sarsıtdı. 
Qaynarinfo xəbər verir ki, Qərb ekspertləri və mətbuatının fikrincə, son nəticədə onların mövqelərinin zəifləməsindən Ukrayna faydalana yazır.
"Politico" yazır ki, Priqojinin kolonların geri çəkilməsi ilə bağlı açıqlamasından əvvəl ABŞ rəsmiləri bir neçə dəfə idarələrarası görüşlərə toplaşıblar. Onlar razılaşıblar ki, Priqojinin üsyanı Kremlin diqqətini çəkəcək və bu, Ukraynanın əks-hücumunu asanlaşdıracaq. ABŞ və onun avropalı müttəfiqləri Kiyevin irəliləyiş üçün görünməmiş imkana malik olması ilə razılaşırlar.
Politoloq Tatyana Stanovaya yazıb ki, baş verənlər Putin üçün "ağır məğlubiyyət” olub. "Biz Priqojini  qiymətləndirmirdik, amma indi görünür ki, Putini açıq-aşkar həddindən artıq yüksək qiymətləndirmişik. <...> Ancaq hələ ki bunun arxasında nə olduğunu başa düşməliyik", - o deyir. 
"Financial Times"ın Moskva bürosunun rəhbəri Maks Seddon rəsmi ritorikadakı ziddiyyətə diqqət çəkib: "Putin Priqojinlə necə sövdələşə bilər ki, xalqa onun satqın olduğunu deyib? Putin onu öldürəcəyini deyəndə Priqojin hansı "təhlükəsizlik zəmanəti” ala bilər? Priqojin sövdələşmədən Şoyqunun istefası kimi bir şey əldə edibsə, Putin necə razılaşa bilərdi?”
Eyni zamanda, kremlpərəst politoloq Sergey Markov yazıb ki, "Putin və Priqojin özlərini avropalılar kimi aparırdılar”. "Bu sivil, inkişaf etmiş və gənc vəhşilikdən bir az bezmiş dünyadır. Avropa belədir. Hər kəs sonsuz ağlabatan kompromislər edir, münaqişəyə girmir, amma hamı qəhrəmana bənzəmir", - deyib.
"Doğrudanmı hər şey bitdi? Bəs "plan" nədir? Priqojin onu satqın adlandıran və məhv edilməsinə icazə verən Putinin əlindən sağ çıxa biləcəkmi? Bütün bunlar nə idi?" - deyə "The New Yorker" jurnalisti Coşua Yaffa yazıb.
Hərbi analitik Rob Li üsyan səbəbindən Priqojinin müharibə tərəfdarlarının bəzilərinin dəstəyini həmişəlik itirəcəyini ehtimal edib. "Putin gələcəkdə "Vaqner”lə qarşıdurmada Müdafiə Nazirliyinin və kəşfiyyat orqanlarının tərəfində olacaq, hərbi və kəşfiyyat orqanları bu məsələni həll etmək üçün daha yaxşı vəziyyətdə olduqda, Priqojini "Vaqner”dən sıxışdırmağa və ya şirkəti tabe etməyə çalışacaqlarından şübhələnirəm”, - deyə hərbi analitik yazıb.
"Bundan sonra Putin necə sağ qala bilər? Düşünürəm ki, onun həyatı Priqojininkindən daha çox risk altındadır”, - isveçli iqtisadçı Alsund Aslund yazıb.
"İndi nə baş verəcəksə versin, bizim gördüklərimiz tarixi hadisələrdir və onların Putin üçün ciddi nəticələri olacaq. Bu, inqilabın ilkin mərhələsinə bənzəyir”, - politoloq Abbas Qallamov "The Wall Street Journal"a bildirib.
Nizami Bağırov