Xəbər lenti

HƏMAS hər ay bu təşkilatlardan 8-12 milyon dollar alır
Dünya 16:59 25.01.2024

HƏMAS hər ay bu təşkilatlardan 8-12 milyon dollar alır

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağının sakinlərinə kömək etdiyini iddia edən xeyriyyə təşkilatları kimi təqdim olunan təşkilatlardan ayda 8 milyon dollardan 12 milyon dollara qədər onlayn ianə alır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

"İsrail rəsmiləri hesab edir ki, HƏMAS hər ay onlayn ianələrdən 8 milyon dollardan 12 milyon dollara qədər gəlir əldə edir. Bunun da böyük hissəsi Qəzza zolağında mülki şəxslərə yardım göstərən təşkilatlardandır", deyə nəşr yazıb.

Agentlik İsrailin Terrorizmin Maliyyələşdirilməsi ilə Mübarizə Milli Bürosunun məlumatlarına istinadən həmçinin qeyd edir ki, söhbət "onlayn maliyyələşdirmənin İsrailə hücumdan əvvəl əldə etdiyi ilə müqayisədə dəfələrlə artmasından gedir".

Vaşinqtonun da HƏMAS-ın onlayn ianə saytlarından əhəmiyyətli maliyyə aldığına inandığı və ABŞ-ın "İsrailin buna son qoymasına kömək etməkdə qərarlı olduğu” vurğulanır.

Həmçinin qeyd edilir ki, İsrail kəşfiyyatının məlumatına görə, İran HƏMAS-ın hərbi səylərini ildə 100 milyon dollardan çox məbləğdə maliyyələşdirir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->